Bank Of Baku

DAK Belçika və İsveçdə tədbirlər keçirəcək

DAK Belçika və İsveçdə tədbirlər keçirəcək
# 02 dekabr 2008 11:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresi (DAK) dekabrın 7-dən 13-nə qədər Belçikada və İsveçdə bir sıra tədbirlər keçirəcək. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 8-də Belçika parlamentinin binasında keçiriləcək tədbirdə “Dağlıq Qarabağ beynəlxalq hüquq müstəvisində”, “Gülüstan və Türkmənçay müqavilələrinin bağlanmasının 180 illiyi” və “Parçalanmış xalq” mövzularında məruzələr dinləniləcək. Azərbaycan həqiqətləri Avropa Parlamentinin deputatları, Belçikanın hökumət və parlament rəsmilərinin diqqətinə çatdırılacaq. Eyni zamanda Brüssel şəhərində DAK İdarə Heyətinin toplantısı da keçiriləcək.

Dekabrın 10-da İsveç parlamentində keçiriləcək tədbirdə isə DAK həmsədri Sabir Rüstəmxanlı çıxış edəcək. İki gün sonra bu ölkənin Linşöpinq şəhərində DAK və Azərbaycan Mədəniyyət Ocağının təşkilatçılığı ilə “21 Azər” Hərəkatının 63-cü ildönümü qeyd ediləcək. Sonda İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor cəmiyyətlərinin birgə toplantısı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR