Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyası üzərində işi yekunlaşdırmaq üzrədir

Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyası üzərində işi yekunlaşdırmaq üzrədir
# 03 dekabr 2008 09:40 (UTC +04:00)
Bakı – APA. Diasporla İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının Xartiyası üzərində işi başa çatdırmaq üzrədir. Komitədən APA-ya verilən məlumata görə, sənədin hazırlanmasına 20-dək alim cəlb olunub. Xartiya Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də Bakıda keçiriləcək iclasında müzakirə olunacaq. Sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi-iqtisadi, sosial-mənəvi birliyin yaradılaraq bunun Azərbaycan dövlətinin və xalqının mənafeyinin təmin olunmasına yönəldilməsini, həmçinin diasporumuzun qarşısında duran tarixi vəzifələri özündə əks etdirən, azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiyanın hazırlanmasıdır. Bu sənəd məskunlaşdıqları ölkələrdə soydaşlarımızın əsas hüquq və azadlıqlarının yerli qanunvericilik, xüsusilə beynəlxalq hüquq normaları çərçivəsində təmin edilməsinin prinsip və mexanizmlərini müəyyənləşdirəcək. Azərbaycanlıların ictimai-siyasi fəallığının yüksəldilməsi, cəmiyyətə inteqrasiya prosesində qarşıya çıxan problemlərin aradan qaldırılması, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və təbliği metodologiyasını müəyyən etmək də Xartiyanın məqsədləri sırasına daxildir. Xartiya gələcəkdə güclü Azərbaycan lobbisinin formalaşdırılması üçün real zəminin hazırlanmasını tənzimləyəcək. Tövsiyə xarakteri daşıyan bu sənəd soydaşlarımızda vətənpərvərlik və milli təəssübkeşlik hisslərinin daha da yüksəldilməsini nəzərdə tutur. Xartiyadakı məqsəd və vəzifələrin həyata keçirilməsinin konkret mexanizmləri də sənəddə öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR