Bank Of Baku

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısında 700 nəfərədək qonaq iştirak edəcək

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısında 700 nəfərədək qonaq iştirak edəcək
# 05 dekabr 2008 13:15 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının dekabrın 18-də keçiriləcək toplantısında 700 nəfərədək qonaq iştirak edəcək. Bu barədə APA-ya Prezident Aparatının (PA) ictimai-siyasi şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun rəhbəri Qafar Əliyev bildirib. Onun sözlərinə görə, tədbirin planı artıq hazırdır və PA-da təsdiqlənib. Toplantıda dünyanın azərbaycanlılar yaşayan bütün ölkələrindən diaspora rəhbərləri iştirak edəcək. Q. Əliyevin sözlərinə görə, tədbirdə müzakirəsi gözlənilən “Dünya azərbaycanlılarının xartiyası” üzərində də işlər yekunlaşmaq üzrədir. Sözügedən sənəd Azərbaycan diasporunun əsas fəaliyyət prinsiplərini müəyyən edəcək. Sektor müdiri bildirib ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası Azərbaycanın daxili və xarici siyasəti, Qarabağ probleminin həlli və Xocalı faciəsinin tanıdılması istiqamətində da müzakirələr aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR