Bank Of Baku

Rusiyanın Sverdlovsk vilayətində Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans və fotosərgi keçirilib

Rusiyanın Sverdlovsk vilayətində Heydər Əliyevin xatirəsinə həsr olunmuş konfrans və fotosərgi keçirilib
# 11 dekabr 2008 14:16 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Rusiyanın Sverdlovsk vilayətində Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qəlbimin bir hissəsi Rusiyadadır” adlı konfrans və Heydər Əliyevin Rusiyadakı həyatı və fəaliyyətinə həsr olunmuş fotosərgi keçirilib. Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğundan APA-ya verilən məlumata görə, tədbiri Sverdlovsk vilayətinin dövlət qurumları, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresinin nümayəndəliyi və Ural Federal Dairəsinin Azərbaycan gənclər klubları təşkil ediblər. Natiqlər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin bərpa olunmasında, Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsində xüsusi rol oynadığını vurğulayıblar. Tədbirdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR