Bank Of Baku

Sverdlovsk vilayət kitabxanasına Azərbaycanla bağlı 60-dan çox kitab hədiyyə edilib

Sverdlovsk vilayət kitabxanasına Azərbaycanla bağlı 60-dan çox kitab hədiyyə edilib
# 11 dekabr 2008 14:29 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin dəstəyi ilə Sverdlovsk vilayət kitabxanasında “Azərbaycan və Rusiya əməkdaşlıq dialoqunda” adlı kitab sərgisi keçirilib. Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğundan APA-ya verilən məlumata görə, fondun adından kitabxanaya Azərbaycan və Rusiyada nəşr olunmuş 60-dan çox kitab hədiyyə edilib. Tədbirdə həmçinin “Görkəmli şəxsiyyətlərin həyatı” seriyasından nəşr olunmuş “Heydər Əliyev” kitabının və Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” adlı kitablarının təqdimatı da keçirilib. Kitabxananın direktoru Tatyana Xristovorovna bildirib ki, bu kitablar vasitəsilə oxucular Azərbaycan tarixi və ədəbiyyatı barədə məlumat ala biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR