Bank Of Baku

“AzerRos”un vitse-prezidenti: “Ümidvarıq ki, Jirinovski Bakıya səfəri zamanı Azərbaycan xalqından üzr istəyəcək”

“AzerRos”un vitse-prezidenti: “Ümidvarıq ki, Jirinovski Bakıya səfəri zamanı Azərbaycan xalqından üzr istəyəcək”
# 11 dekabr 2008 14:53 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının deputatı Vladimir Jirinovski Azərbaycan xalqından üzr istəsə və bu barədə mətbuat və televiziyalarda məlumat yayılsa, “Rusiya Azərbaycanlıları” Federal Milli-Mədəni Muxtariyyəti təşkilatı («AzerRos») ona qarşı iddiasını geri götürəcək. Bu barədə APA-ya APA-ya “AzerRos”un vitse-prezidenti Mehriban Sadıqova məlumat verib. O bildirib ki, 2007-ci ildə nəşr olunmuş Jirinovskinin «LDPR. Cənuba doğru son həmlə» adlı kitabı barədə bu il məlumat alıblar və bununla bağlı Jirinovskiyə, Dövlət Dumanın rəhbərliyinə, ictimai təşkilatlara müraciət ediblər: “Müraciət etdiklərimizin hamısı kitabda Azərbaycan xalqının təhqir olunması barədə bizim fikrimizlə şərikdir, lakin Jirinovski bu günə kimi xalqımızdan üzr istəməyib. Jirinovskinin yanvar ayında Bakıya səfər edəcəyi bizi təəccübləndirib. Amma ümidvarıq ki, həmin səfər zamanı o, Azərbaycan xalqından üzr istəyəcək”.

Xatırladaq ki, “LDPR.Cənuba doğru son həmlə”» kitabında Jirinovski azərbaycanlıların erməni xalqını və erməni dövlətini məhv etmək istədiyini yazıb. O, bunu Ermənistanın xristian dövləti olması və azərbaycanlılarla türklərin birləşməsinə maneçilik törətməsi ilə əsaslandırıb. Bu kitabla bağlı “AzerRos” Moskvanın Meşşanski məhkəməsində Jirinovskiyə qarşı iddia qaldırıb. Məhkəmə yanvarın 22-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR