Bank Of Baku

Gürcüstanda Heydər Əliyevin anım mərasimləri keçirilir

Gürcüstanda Heydər Əliyevin anım mərasimləri keçirilir
# 11 dekabr 2008 15:07 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Marneuli şəhərində rayon rəhbərliyinin təşəbbüsü ilə Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasim keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev, iqtisadi inkişaf naziri Laşa Jvaniya, Kvemo-Kartli qubernatoru David Kirkitadze və Gürcüstan parlamentinin deputatı Azər Süleymanov çıxış ediblər. L. Jvaniya APA-nın Gürcüstan bürosuna açıqlamasında H. Əliyevin Gürcüstan-Azərbaycan əlaqələrinin möhkəmlənməsində böyük rol oynadığını bildirib: “Bugünkü iqtisadi inkişafımıza görə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə minnətdarıq. Onun böyük əməyi sayəsində bu gün hər iki respublikada iri layihələr həyata keçirilir”.

Marneulidəki Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Humanitar Universitetində və Dmanisi rayonunda da anım mərasimləri keçirilib. Dmanisidəki tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev və rayon rəhbərliyi iştirak edib.

Sabah tədbirlər Tiflis, Bolnisi və Qardabani şəhərlərində davam etdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR