Bank Of Baku

Latın Amerikası Azərbaycanlıları Assosiasiyası fəaliyyətə başlayıb

Latın Amerikası Azərbaycanlıları Assosiasiyası fəaliyyətə başlayıb
# 12 dekabr 2008 09:31 (UTC +04:00)
Bakı – APA. Meksika Birləşmiş Ştatlarının paytaxtı Mexiko şəhərində Latın Amerikası Azərbaycanlıları Assosiasiyası rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başlayıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, assosiasiyanın əsas məqsədi Latın Amerikası ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək, Azərbaycan Respublikasını və azərbaycançılıq ideologiyasını yüksək səviyyədə təmsil etməkdən ibarətdir. Bu, Latın Amerikası ölkələrində yaradılan ilk Azərbaycan diaspor təşkilatıdır. Təşkilatın sədri Natiq Məmməd oğlu Atakişiyevdir. O, 1939-cu ildə ildə Azərbaycanda anadan olub, fizika-riyaziyyat üzrə professordur. 1994-cü ilədək Milli Elmlər Akademiyasının Fizika İnstitutunda işləyib. 1996-cı ildən isə akademik elmi dərəcəsi almaq uçun Milli Meksika Universitetində işə başlayıb. Həmin vaxtdan Meksikada yaşayan Natiq Atakişiyev bu ölkənin elmi dairələrində yüksək nüfuza malikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR