Bank Of Baku

Baltikyanı Ölkələrin Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyası yaradılıb

Baltikyanı Ölkələrin Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyası yaradılıb
# 12 dekabr 2008 10:44 (UTC +04:00)
Bakı – APA. Estoniyanın paytaxtı Tallin şəhərində Baltik Azərbaycanlıları Konqresinin illik iclası keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda 2008-ci ilin yekunları təhlil edilib, 2009-cu il üçün iş planı müzakirə olunub, həmçinin Baltikyanı Ölkələrin Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyasının yaradılması məsələsinə baxılıb. Toplantıda Baltikyanı ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, hər üç Baltikyanı dövlətdən azərbaycanlı gənclər, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər. Yığıncaqdan sonra Baltikyanı Ölkələrin Azərbaycanlı Gənclər və Tələbə Assosiasiyasının təsis konfransı keçirilib. Assosiasiyanın qərargahı Riqa şəhərində yerləşəcək. Təşkilatın internet saytının yaradılmasını Azərbaycanın Latviyadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi öz üzərinə götürüb. Baltikyanı ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının təmsilçiləri gənclərə maddi-texniki dəstək verəcəklərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR