Bank Of Baku

Sankt-Peterburqda Heydər Əliyevin anım mərasimi keçirilib

Sankt-Peterburqda Heydər Əliyevin anım mərasimi keçirilib
# 12 dekabr 2008 14:36 (UTC +04:00)
Sankt-Peterburq. Müsəllim Həsənov-APA. Sankt-Peterburqda Heydər Əliyevin anım mərasimi keçirilib. APA-nın Sankt-Peterburqdakı müxbirinin verdiyi məlumata görə, Qoroxovaya küçəsindəki 6 saylı binanın qarşısında keçirilən mərasimdə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov, “AzerRos”un Sankt Peterburq bölməsinin rəhbəri Vaqif Məmişov, Türkiyənin Sankt-Peterburqdakı baş konsulu Mehmet Çetin, Peterburq administrasiyasının nümayəndəsi Mixail Proxorenko və başqaları çıxış edərək Heydər Əliyevin xidmətlərindən danışıblar. Tədbirdə Rusiyanın şimal paytaxtında yaşayan azərbaycanlılar, şəhər ictimaiyyətinin nümayəndələri qatılıblar. Qeyd edək ki, Heydər Əliyev 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyinin Leninqraddakı Qoroxovaya küçəsində yerləşən məktəbində təhsil alıb və bir neçə il əvvəl həmin binada ulu öndərin barelyefinin açılışı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR