Bank Of Baku

Norveçdə 21 Azər hökumətinin ildönümünə həsr olunmuş konfrans keçirilib

Norveçdə 21 Azər hökumətinin ildönümünə həsr olunmuş konfrans keçirilib
# 15 dekabr 2008 08:58 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Osloda Cənubi Azərbaycan Assosiasiyasının təşəbbüsü ilə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi 1945-46-cı illərdə mövcud olan Azərbaycan hökumətinin yaradılmasının 62-ci ildönümü və BMT-nin İnsan Haqları üzrə Konvensiyasının qəbul olunmasının 60 illiyi münasibətilə konfrans keçirilib. Assosiasiyadan APA-ya verilən məlumata görə, dekabrın 13-də keçirilən konfransda Helsinki Vətəndaş Assambleyasının Norveç Milli Komitəsi sədrinin müşaviri, xanım Berit Lindeman deyib ki, İranda, əsasən də azərbaycanlılar yaşayan vilayətlərdə insan haqlarının pozulur. O, azərbaycanlıların milli və insani haqlarını tələb etmələrini də qanunauyğun hesab edib. Konfransda 1945-46-cı illərdə fəaliyyət göstərən Azərbaycan hökuməti və İranda 2006-cı ildə azərbaycanlıların milli haqları ilə bağlı həyata keçirilən aksiyalarla bağlı sənədli filmlər nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR