Bank Of Baku

Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası toplantısının proqramı açıqlanıb

Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası toplantısının proqramı açıqlanıb
# 16 dekabr 2008 11:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Dekabrın 18-19-da Bakıda keçiriləcək Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısının proqramı açıqlanıb. Diaspora ilə İş Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, «Azərbaycan - Şərqin dünyaya açılan qapısı» adı altında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr edilmiş tədbirlərə dekabrın 18-də Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarətlə start veriləcək. “Park İNN” otelində Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısının rəsmi açılış mərasimindən sonra “Ayrılarmı könül candan” filminin nümayişi keçiriləcək və Dünya Azərbaycanlılarının II Qurultayından keçən dövr ərzində görülmüş işlərlə bağlı hesabat veriləcək.

Həmin gün günortadan sonra toplantı iştirakçıları “Dünya Azərbaycanlıları Həmrəylik Xartiyası”nı müzakirə edəcəklər. Dekabrın 19-da isə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurası üzvlərinin dövlət strukturları, Milli Məclis, kütləvi informasiya
vasitələri, qeyri-hökumət təşkilatları və AMEA-da görüşləri keçiriləcək. Toplantı çərçivəsində Azərbaycanın əməkdar rəssamı, UNESKO Rəssamlar Federasiyasının üzvü, Almaniyada yaşayan soydaşımız Əşrəf Heybətovun Bakı Slavyan Universitetində “Almaniya Azərbaycan rəssamının gözü ilə” mövzusunda fərdi sərgisi açılacaq və “İnam” Plüralizm Mərkəzində “Azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR