Bank Of Baku

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin İdarə Heyətinin toplantısı keçirilib

Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin İdarə Heyətinin toplantısı keçirilib
# 16 dekabr 2008 14:39 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin İdarə Heyətinin toplantısı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Dünya Azərbaycanlıların Həmrəylik Gününə həsr edilmiş tədbirdə Heydər Əliyevin xatirəsi anılıb. Müxtəlif şəhərlərdən gəlmiş Azərbaycan cəmiyyətlərinin rəhbərləri və nümayəndələrinin iştirak etdiyi toplantıda Azərbaycanın Almanlyadakı səfiri Pərviz Şahbazov Azərbaycan icmalarının bu ölkədəki fəaliyyətindən, onların cəmiyyətə, ictimai-siyasi mühitə inteqrasiyasından, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin işinin gələcəkdə daha da təkmilləşdirilməsindən danışıb. Səfir bildirib ki, müxtəlif şəhərlərdə fəaliyyət göstərən cəmiyyətlər arasında fikir mübadiləsinin aparılması, bəzi tədbirlərin birgə təşkili, birgə layihələrin həyata keçirilməsi zəruridir və bütün bunlar Almaniyadakı Azərbaycan diasporunun daha da güclənməsində mühüm rol oynaya bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR