Bank Of Baku

Bakıda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının iclası başlanıb

Bakıda Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının iclası başlanıb
# 18 dekabr 2008 08:16 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbiri açan Şuranın İdarə Heyətinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov deyib ki, dünya azərbaycanlılarının Əlaqələndirmə Şurasının toplantısına qurum üzvlərindən əlavə dünyanın 17 ölkəsindən Azərbaycan icma və birlik rəhbərləri, həmçinin türk və yəhudi icmalarının nümayəndələrindən ibarət 39 qonaq qəbul olunub. M. Kərimov bildirib ki, Dünya Azərbaycanlılarının 2-ci qurultayından sonra xarici ölkələrdə yaşayan soydaşlarımızın təşkilatlanması daha geniş vüsət alıb, azərbaycanlı ziyalılar diaspora quruculuğu prosesinə daha fəal qoşulublar. Onun sözlərinə görə, bu müddətdə Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, türk dünyası birliyi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Daha sonra tədbirdə “Ayrılarmı könül candan” filmi nümayiş etdirilib.
Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov isə deyib ki, dünya Azərbaycanlılarının 2-ci qurultayından sonra Azərbaycan Diaspora təşkilatlarının fəaliyyətinin koordinasiya olunması istiqamətində mühüm addımlar atılıb.
Qeyd edək ki, iclasın ikinci yarısında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası müzakirə olunacaq. Üzərində 20-dək alimin işlədiyi sənədin məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlılar arasında siyasi, iqtisadi, sosial, mənəvi birliyin Azərbaycan dövlətçiliyi və xalqının mənafeyini əks etdirən prinsiplər əsasında formalaşdıran, Azərbaycançılıq ideologiyasına əsaslanan vahid konsepsiya hazırlamaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR