Bank Of Baku

Millət vəkili Yaqub Mahmudov Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısını etiraz əlaməti olaraq tərk edib

Millət vəkili Yaqub Mahmudov Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısını etiraz əlaməti olaraq tərk edib
# 18 dekabr 2008 10:27 (UTC +04:00)
APA-nın xəbərinə görə, Yaqub Mahmudov iclasda müzakirə edilən Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası layihəsinin hazırlanmasında iştirak edən alimlərin sırasında yer almamasına etiraz edib. Tarixçi alim deyib ki, sənəddə tarixi baxımdan kifayət qədər qüsurlar var: “Belə bir sənədin hazırlanmasında iştirak etməyi özümü təhqir hesab edirəm. Çünki Azərbaycan xalqının etnogenezində iştirak edən ən qədim etnoslar barədə xartiyada məlumat verilməyib. Burada qeyd olunub ki, guya xalqın formalaşması 16-cı əsrdə başa çatıb. Halbuki Azərbaycan xalqının formalaşması 7-9-cu əsrlərdə başa çatıb”.
O, sənəddə Güney Azərbaycan məsələsinin, Şərqi Anadolu və İraqdakı aborigen əhalinin də nəzərə alınmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR