Bank Of Baku

Nazim İbrahimov Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi məsələsinə aydınlıq gətirib

Nazim İbrahimov Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi məsələsinə aydınlıq gətirib
# 18 dekabr 2008 11:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin adının dəyişdirilməsi zərurətdən yaranıb”. APA-nın məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib. N. İbrahimovun sözlərinə görə, fəaliyyətinin ilk illərində yalnız dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları əlaqələndirən komitə artıq fəaliyyətini daha da genişləndirib: «Artıq bizim komitə tək dünya azərbaycanlılarının deyil, ümumilikdə diaspor təşkilatlarının fəaliyyətini əlaqələndirir, həmçinin türk və Azərbaycan diasporlarının fəaliyyətini koordinasiya edir. Bu zərurətdən irəli gələrək komitənin adı dəyişdirildi. Adın dəyişdirilməsi isə bizim qarşımıza daha böyük vəzifələr qoyur”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR