Söyün Sadıxov: “Vladimir Jirinovski Azərbaycan xalqından nümayişkaranə surətdə üzr istəməlidir”
Qeyd edək ki, “AzerRos” adı çəkilən kitabda Azərbaycan xalqının təhqir olunmasını əsas gətirərək Vladimir Jirinovskini məhkəməyə verib. Məqalədə bildirilir ki, Vladimir Jirinovskinin əsərində islam dünyası və Azərbaycan xalqına qarşı çoxsaylı təhqirlər yer alıb. “Müsəlman dünyasının parça-parça edilməsi bütün bəşəriyyətin xeyrinədir. İslam dünyasından gələn təhlükənin qarşısını almaq lazımdır. Digər dinlər isə irimiqyaslı dini müharibələr törətmək imkanına malik deyillər. Biz nəhayət anlamalıyıq ki, bu dünyaya sivilizasiyanı kim gətirib? Kosmosu kim fəth edib və başqa ölkələri kim işğal edib? Başqa xalqları kim qarət edib, xalqları qula çevirib, xristian kilsələrini məscidə çevirib? Türklər Orta Asiyaya hansı mədəniyyəti gətiriblər? Türk mədəniyyəti deyə bir şey yoxdur, əldə siyrilmiş qılınc, at belində əyləşənlərin mədəniyyəti ola bilməz. Türk ordusunun əsasını təşkil edən yeniçərilər valideynləri ilə birlikdə əsir götürülən slavyan uşaqlardır. Valideynlərini öldürüb, övladlarını türk dilində, müsəlman ruhunda tərbiyə edərək ordunun qüdrətini artırıblar. Slavyan uşaqların türk bayrağı altında slavyan xalqlarını məhv etməsi dəhşətdir. Buna görə kim cavab verəcək? Bizans mədəniyyətinin, slavyan xalqlarının alçaldılmasına görə kim cavab verəcək?”.
Məqalədə Jirinovskinin Dağlıq Qarabağ münaqişəsinə dair də özünəməxsus fikirləri yer alıb: “Bəs azərbaycanlılarla ermənilər arasında toqquşmalar nə vaxta qədər davam edəcək? Bütün erməni xalqı məhv edilənə kimi? Həm də artıq türklər tərəfindən deyil, azərbaycanlılar tərəfindən. Yəni digər türdilli xalq tərəfindən. Axı mahiyyətcə türklər və azərbaycanlılar eyni millətdir. Türklər 1915-ci ildə milyon yarım ermənini qətlə yetiriblər, azərbaycanlılar isə bu işə 1988-ci ildən başlayıblar. Türklər bu işi 3 günə etdilər, azərbaycanlılar isə bu işlə artıq 15 ildir məşğuldur. Onlar həm də erməni xalqını, erməni dövlətini yer üzündən silmək istəyirlər. Nə üçün? Çünki onlar xristiandırlar? Ermənilər azərbaycanlıların türklərlə birləşməsinə mane olur. Nədir Naxçıvan? Süni yaradılmış təsisat. Ermənistan torpaqlarında azərbaycanlıların məskunlaşdırıldığı yer. Türklərlə birbaşa təmasda olmaq üçün yaradılmış ərazi. O torpaqlar həmişə Ermənistanın olub. Dənindən dənizə böyük Ermənistanın. Bəs bu gün Ermənistan nə gündədir? Urartudan, böyük mədəniyyətə malik qüdrətli dövlətdən kiçik bir parça qalıb. Sivilizasiya orada başlayıb və digər ərazilərə keçib. Azərbaycanlılar isə fəth etmək yolu ilə dirçələn fars tayfasıdır. Bu zaman şərqdən Səlçuq türkləri gəldilər. Onlar bu fars tayfasını türkləşdirdilər. İndi onlar türk dilində danışır. Kimdir azərbaycanlılar? Xəzərin sahilində yaşayan tayfa. Bu Moskvanın cəmi bir rayonu boyda ölkədir. Təsəvvür edin, Sokolniki dövlətdir, orada yaşayanlar Sokolniki millətidir. Azərbaycan belə bir şeydir. Xəzər sahilində
əhalinin məskunlaşdığı rayon”.
Söyün Sadıxov kitabda Azərbaycan və türk xalqlarının ünvanına çoxsaylı təhqiramiz ifadələrin yer aldığını bildirərək Jirinovski üçün bəzi xatırlatmalar verib: “Cənab Jirinovskiyə xatırlatmaq istəyirəm ki, Azərbaycan tarixinin və mədəniyyətinin kökləri çox qədim dövrlərə gedib çıxır. Təəssüf ki, Vladimir Jirinovski üçün İsmayıl ibn Yassar, Musa Şehevat, Əbdül Fərəc İsfahani, Xətib Təbrizi, İbn Sinanın tələbəsi olmuş Bəhmənyar, dahi şairlər Nizami, Füzuli, Molla Pənah Vaqif, böyük dramaturq Mirzə Fətəli Axundovun adları ya məlum deyil, ya da onun üçün maraqsızdır. Bütün dünyanın fəxr etdiyi azərbaycanlı tibb xadimləri, filosof, yazıçı, şair, musiqiçi, memarların siyahısını uzatmaq da olar. Lakin bunu mədəniyyət deyil, barbarlıq hesab edirsənsə, siyahını uzatmağın nə mənası var? Əminəm ki, milliyyətindən, dinindən asılı olmayaraq istənilən şəxs milli həmrəyliyi qorumalıdır. Dövlət rəsmiləri isə bu məsələlərdə məsuliyyət hiss etməlidir, çünki bu şəxslərin sözlərinə qulaq asırlar. Biz məhkəmədən Vladimir Jirinovskinin “Cənuba doğru həmlə” kitabına qiymət verməsini, müəllifdən isə Azərbaycan xalqından nümayişkaranə surətdə üzr istəməsini istəyirik. Biz milli və dini zəmində münaqişələrin qızışdırılmasına yol verə bilmərik”.
Xəbər Lenti
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Zəfər abidəsini ziyarət edib
Soltan Məmmədov: Azərbaycançılıq məfkurəsi xalqımızı vahid amal ətrafında birləşdirən əsas ideoloji dayağımızdır
Ərdoğan: Qarabağda yenidən yanan hər ocaq Azərbaycan xalqının gələcəyə inamını göstərir