Bank Of Baku

“Azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçirilib

“Azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçirilib
# 19 dekabr 2008 13:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Bu gün “Azərbaycanlıların yaşadıqları cəmiyyətə inteqrasiyasında diasporun rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısı çərçivəsində Diaspor İlə İş üzrə Dövlət Komitəsi və “İnam” Plüralizm mərkəzinin birgə təşkil etdikləri tədbirdə çıxış edən Avropa Azərbaycanlıları Konqresinin prezidenti Natiq Ağamirov bildirib ki, Azərbaycan diasporunun həyatında yeni mərhələ başlayıb. Diasporun tarixinin son 15 ili əhatə etdiyini deyən N. Ağamirovun sözlərinə görə, ilk dövrlər xaricdə yaşayan azərbaycanlı təşkilatlar üçün çox çətin olub. Xaricdəki azərbaycanlıları tapmaq və onları təşkilatlar ətrafında birləşdirmək çətinlik yaradırdı. N. Ağamirov bildirib ki, artıq diaspor təşkilatlarının formalaşması başa çatıb və lobbiçilik fəaliyyəti üçün tam zəmin yaranıb. N. Ağamirov Ümumrusiya Azərbaycanlıları Konqresini nümunə çəkərək qeyd edib ki, artıq sözügedən qurumun fəaliyyəti ilə Rusiyada hesablaşırlar: “Rusiya Dövlət Dumasına son seçkilərdə Moskva meri Yuri Lujkovun konqresin ofisinə gəlməsi də artıq bunu sübut edir”.
Professor Nizaməddin Şəmsizadə isə azərbaycançılıq ideologiyasının diaspor təşkilatlarının daha da birləşməsinə xidmət etdiyini qeyd edib. Onun sözlərinə görə, Heydər Əliyev tərəfindən yaradılan və prezident İlham Əliyev tərəfindən həyata keçirilən bu ideologiya Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyasında da öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR