Bank Of Baku

DAK rəhbərliyinin Avropaya səfəri ilə bağlı mətbuat konfransı keçirilib

DAK rəhbərliyinin Avropaya səfəri ilə bağlı mətbuat konfransı keçirilib
# 19 dekabr 2008 14:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) 25 nəfərlik nümayəndə heyətinin dekabrın 7-dən 14-nə qədər Belçika və İsveçə səfəri ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, DAK həmsədri Sabir Rüstəmxanlı deyib ki, səfərdə məqsəd Azərbaycan həqiqətlərini hər iki ölkənin ictimaiyyətinə çatdırmaq, Belçika və İsveçin ictimai-siyasi təşkilatları və bu ölkələrdə fəaliyyət göstərən Azərbaycan, Türkiyə, Kərkük və digər türk diaspor qurumları ilə görüşlər keçirmək olub. O bildirib ki, dekabrın 7-də DAK-ın Avropa daimi nümayəndəliyinin Belçikanın paytaxtı Brüsseldə yerləşən qərargahında Türk Dərnəkləri Birliyi, Hollandiyada fəaliyyət göstərən İraq Türkmən və Almaniya Türk Tələbə dərnəklərinin rəhbərləri ilə görüşlər keçirilib. S. Rüstəmxanlı səfər çərçivəsində Belçika Senatında “Dağlıq Qarabağ problemi beynəlxalq hüquq müstəvisində”, “Türkmənçay müqaviləsinin 180 illiyi” və “Parçalanmış xalq” mövzularında dinləmələr keçirdiklərini də söyləyib. Tədbirdə Azərbaycanın Belçikadakı səfiri Emin Eyyubov, Belçika Senatının üzvləri, bu ölkənin ictimai-siyasi təşkilatları, ProBruxsel Partiyasının sədri Filip Delstan, Tələt Paşa Komitəsinin üzvü Mahir Paşa, Azərbaycan, Türkiyə, Kərkük türklərinin diaspor təşkilatlarının rəhbərləri iştirak edib.

Dekabr 11-də isə İsveç parlamentinin binasında Azərbaycanla bağlı toplantı təşkil olunub. Tədbirdə Azərbaycan həqiqətlərini özündə əks etdirən slayd-şou nümayiş etdirilib. Həmin gün DAK nümayəndə heyəti İsveçdə fəaliyyət göstərən Güney Azərbaycan təşkilatlarının qonağı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR