Bank Of Baku

Sankt-Peterburqda Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü ilə bağlı simpozium keçirilib

Sankt-Peterburqda Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü ilə bağlı simpozium keçirilib
# 19 dekabr 2008 14:21 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qulamrza Təbrizinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresi (DAK) Rusiyanın Sankt-Peterburq şəhərində Güney Azərbaycanda 1945-ci ildə yaradılmış Azərbaycan Milli Hökumətinin 63-cü ildönümü ilə bağlı simpozium keçirib. APA-nın məlumatına görə, DAK İdarə Heyətinin üzvü Vaqif Sultanlı “Azərbaycan Milli Hökuməti: tarix və müasirlik” adlanan simpoziumun Sankt-Peterburqun İncəsənət Tarixi İnstitutunda təşkil olunduğunu bildirib. Tədbirdə dünyanın 8 ölkəsindən 120-dək alim, yazıçı, siyasi xadim, parlament üzvü və diplomatik korpusun nümayəndələri iştirak edib. V. Sultanlının sözlərinə görə, simpoziumda “Seyid Cəfər Pişəvəri: mübarizə burulğanında keçən ömür”, “Azərbaycan Xalq Cümhuriyyətinin Güneydəki milli hərəkata təsiri”, “Azərbaycan hökuməti dövründə ədəbi proses” və digər mövzularda məruzələr dinlənilib. Üç gün davam edən simpoziumda ümumilikdə 25 mövzu ətrafında məruzə dinlənilib.

İH-nin digər üzvü Paşa Qəlbinur isə bəyan edib ki, hazırda Güney Azərbaycanda milli oyanış prosesi gedir. Simpoziumun sonunda “Arazın o tayında” filmi nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR