Bank Of Baku

Dekabrın 21-də Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçiriləcək

Dekabrın 21-də Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçiriləcək
# 19 dekabr 2008 14:41 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Dekabrın 21-də Kiyevdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bayram tədbiri keçiriləcək. Bu barədə APA-ya Kiyev şəhər dövlət administrasiyasından məlumat verilib. Çaykovski adına Ukrayna Milli Musiqi Akademiyasının konsert zalında keçiriləcək tədbirə Ukraynanın mərkəzi və yerli hakimiyyət orqanlarının nümayəndələri, Azərbaycanın Ukraynadakı səfirliyinin əməkdaşları, Kiyevdəki diplomatik korpusun nümayəndələri, Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri, ölkənin milli-mədəni qurumlarının nümayəndələri iştirak edəcəklər. Rəsmi hissədən sonra keçiriləcək bədii hissədə Ukraynadakı Azərbaycan diasporunun professional musiqi kollektivləri çıxış edəcək. Xatırladaq ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Ukraynada artıq doqquz ildir qeyd olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR