Bank Of Baku

“Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” ictimai müzakirəyə çıxarılacaq

“Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” ictimai müzakirəyə çıxarılacaq
# 20 dekabr 2008 08:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dekabrın 18-19-da Bakıda keçirilən Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısında qəbul edilən “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” ictimai müzakirəyə çıxarılacaq. Bu barədə APA-ya Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev bildirib. Onun sözlərinə görə, tarixi sənəd olduğundan ölkə əhalisinin də Xartiya ilə tanış olması zəruridir: “Xartiya müzakirə edilərkən həm tarixçilər, həm də diaspor təşkilatlarının nümayəndələri tərəfindən müxtəlif təkliflər səsləndirilib. Həmin təkliflərin hamısı nəzərə alınacaq və sənəd yenidən işlənəcək. İlin sonuna qədər Xartiyanı hazırlayan işçi qrup və komitənin nümayəndələri bir daha toplanacaqlar. Bəzi bəndlərə müxtəlif düzəlişlər olacaq. Bu düzəlişlərdən sonra xartiya həm mətbuatda dərc olunacaq, həm də xarici ölkələrdəki bütün diaspor təşkilatlarına göndəriləcək”.
V. Hacıyevin sözlərinə görə, Xartiya diaspor təşkilatları üçün əsas proqram sənədi rolunu oynayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR