Bank Of Baku

Diaspor təşkilatlarına aralarında olan fikir ayrılıqlarına son qoymaq tapşırılıb

Diaspor təşkilatlarına aralarında olan fikir ayrılıqlarına son qoymaq tapşırılıb
# 20 dekabr 2008 10:14 (UTC +04:00)
Bu barədə APA-ya Diaspor ilə İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev bildirib. Onun sözlərinə görə, diaspor təşkilatları Azərbaycan gerçəkliklərini yaşadıqları ölkələrin ictimaiyyətinə çatdırmaq istiqamətində fəaliyyətlərini gücləndirməli, xarici ölkələrdə keçirilən bütün tədbirlərdə erməni yalanlarını ifşa etməlidirlər: “Əvvəllər diaspor təşkilatları daha çox aksiyalara və maarifləndirici tədbirlərə üstünlük verirdilərsə, indi müasir texnologiyalara, internet saytları yaradılmasına, dünyanın müxtəlif ünvanlarına məlumatların göndərilməsinə, televiziyalarda ekran saatlarının alınmasına, lobbi quruculuğunun inkişafına önəm verilir. İndi daha çox Azərbaycanın dostları vasitəsilə həqiqətlərimizin yayılmasına üstünlük verilir”.
V. Hacıyev bildirib ki, diaspor təşkilatlarına bir-biri ilə aralarında olan fikir ayrılıqlarına son qoymaq da tapşırılıb.
Xatırladaq ki, hazırda dünyanın 70-dən artıq ölkəsində 300-dən artıq diaspor təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR