Bank Of Baku

Amerika Azərbaycanlıları Cəmiyyətinin binası təmir ediləcək

Amerika Azərbaycanlıları Cəmiyyətinin binası təmir ediləcək
# 20 dekabr 2008 11:55 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. ABŞ-da fəaliyyət göstərən Amerika Azərbaycanlıları Cəmiyyətinin binası təmir ediləcək. Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev bildirib. Qeyd edək ki, cəmiyyətin sədri Tomris Azəri Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının toplantısında cəmiyyətin binasının hədsiz dərəcədə yararsız vəziyyətdə olduğunu və bu səbəbdən Amerika konqresmenlərini binaya dəvət edə bilmədiklərini bildirib. V. Hacıyev bildirib ki, Diasporla İş üzrə Dövlət Komitəsi xaricdəki diaspor təşkilatlarına həmişə maddi yardımlar göstərib və bundan sonra da göstərəcək: “Sözügedən binanın təmiri çox böyük vəsait tələb etsə də, o vəsait tapılacaq və bina hissə-hissə təmir ediləcək. Belə fikirlər yüksək tribunadan deyil, düşmənlərimizin duya bilməyəcəyi formada deyilməlidir. Çünki bu çıxışdan sonra “YEKRAMAS” erməni saytında “Dağıntılar arasında diaspora yaradırlar” kimi fikirlər işlədilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR