Bank Of Baku

Diaspora nümayəndələri Qubadakı kütləvi məzarlığa baş çəkiblər

Diaspora nümayəndələri Qubadakı kütləvi məzarlığa baş çəkiblər
# 21 dekabr 2008 11:51 (UTC +04:00)
Quba. Solmaz Mehdiyeva-APA. Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıda keçirilmiş tədbirində iştirak edən nümayəndələrin bir qrupu bu gün Qubadakı kütləvi məzarlığa baş çəkiblər.

APA-nın şimal bürosunun məlumatına görə, millət vəkili Qənirə Paşayeva, Amerika-Azərbaycan cəmiyyətinin sədri Tomris Azəri, Amerika Dağ Yəhudiləri İcmasının vitse-prezidenti Erik Yevdayev kütləvi məzarlıqda aparılan qazıntı işləri ilə maraqlanıblar.

Gördüklərindən dəhşətə gəldiyini deyən Tomris Azəri məzarlıq haqqında məlumatların dünyanın tanınan və çox istifadə edilən internet saytlarında yerləşdirilməsinin zəruriliyini, ABŞ konqresmenlərinin Qubaya dəvət olunmasının vacibliyini söyləyib.

Millət vəkili Qənirə Paşayeva 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımın əyani sübutu olan kütləvi məzarlıqdan bəhs edən video roliklərin hazırlandığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR