Bank Of Baku

Azərbaycanlı Tələbələrin Avropa Forumunun Berlində yeni şöbəsi yaradılıb

Azərbaycanlı Tələbələrin Avropa Forumunun Berlində yeni şöbəsi yaradılıb
# 22 dekabr 2008 13:03 (UTC +04:00)
Bakı-APA. Mərkəzi Brüsseldə yerləşən Azərbaycanlı Tələbələrin Avropa Forumunun (ATAF) Berlində yeni şöbəsi yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, Berlin məhkəməsi ATAF-ın rəsmi qeydiyyatdan keçməklə bağlı müraciətinə müsbət cavab verib. ATAF-ın Berlin şöbəsinin əsas məqsədi ilk növbədə Berlində və ümumiyyətlə Almaniyada yaşayan azərbaycanlılar arasında şəbəkələşmənin və əlaqələrin sıxlaşmasına çalışmaq, eyni zamanda Azərbaycanı alman ictimaiyyətinə daha yaxından tanıtmaqdır. Yaxın vaxtlarda bu məqsədlə bir neçə layihə həyata keçiriləcək. Berlin şöbəsinin yaradılması barədə təklif 2006-cı ildə Almaniya Bundestaqında ATAF-ın keçirdiyi forum zamanı irəli sürülüb. Qeyd edək ki, ATAF-ın Strasburq, Paris, Moskva, Londondakı şöbələri də daxil olmaqla müxtəlif şəhərlərdə 10-dək bölməsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR