Bank Of Baku

Sabir Rüstəmxanlı: “Səməd Fərtaşla bağlı məsələ DAK İdarə Heyətinin iclasında müzakirə olunacaq”

Sabir Rüstəmxanlı: “Səməd Fərtaşla bağlı məsələ DAK İdarə Heyətinin iclasında müzakirə olunacaq”
# 22 dekabr 2008 13:56 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “Dünya Azərbaycanlıları Konqresinin Brüsseldə yerləşən Daimi Şurasının sədri, İdarə Heyətinin üzvü Əjdər Tağızadə qurumun Avropadakı fəaliyyəti üçün ayrılan 25 min avro ilə bağlı hesabat verməkdən yayınır”. DAK həmsədrinin təşkilatı məsələlər üzrə müavini, qurumun İdarə Heyətinin üzvü Səməd Fərtaşın APA-ya verdiyi məlumata görə, DAK İdarə Heyətinin (İH) dekabrın 8-də keçirilən toplantısında Ə. Tağızadə ondan hesabat tələb edilməsinə etiraz edərək, vəzifəsindən istefa verib. S. Fərtaş deyib ki, Ə. Tağızadə DAK-ın sıravi üzvüdür və onun konqres rəsmisi kimi açıqlamaları əhəmiyyətsizdir. DAK həmsədri Sabir Rüstəmxanlı isə APA-ya bildirib ki, S. Fərtaşın açıqlamaları əsassızdır və həqiqəti əks etdirmir: “Səməd Fərtaşın Əjdər Tağızadə ilə şəxsi problemi varsa, bu problem qurumun fəaliyyətinə təsir edə bilməz. Bu səbəbdən də DAK daxilində gedən prosesləri, İdarə Heyətində müzakirə olunan məsələləri həqiqətə uyğun olmayan şəkildə mətbuata çıxardığına görə, Səməd Fərtaşla bağlı məsələyə qurumun İdarə Heyətinin bu həftə keçiriləcək toplantısında baxılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR