Bank Of Baku

İsveçrədə ikinci Azərbaycan məktəbi açılıb

İsveçrədə ikinci Azərbaycan məktəbi açılıb
# 22 dekabr 2008 15:15 (UTC +04:00)
Bakı-APA. İsveçrənin Sürix şəhərində Azərbaycan məktəbinin açılışı olub. Diaspor ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktəbin açılışına bu şəhərdə yaşayan azərbaycanlılar qatılıblar. Açılış mərasimində İsveçrənin əlaqədar qurumlarından və Diaspor ilə İş üzrə Dövlət Komitəsindən göndərilən təbrik məktubları oxunub. Həmçinin Dövlət Komitəsinin göndərdiyi dərs vəsaitləri və məktəb ləvazimatları şagirdlərə paylanıb. Qeyd olunub ki, yerli şərtlərə görə, əgər məktəb 1 il ərzində öz imkanları hesabına fəaliyyət göstərə bilsə, İsveçrə dövləti hər il məktəbə 20 min frank, təxminən 16 min ABŞ dolları məbləğində vəsait ayıracaq.
Bu, İsveçrədə açılan ikinci Azərbaycan həftəsonu məktəbidir.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR