Bank Of Baku

“Azərbaycanca-gürcücə lüğət” kitabının nəşri başlayıb

“Azərbaycanca-gürcücə lüğət” kitabının nəşri başlayıb
# 23 dekabr 2008 11:30 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ikicildli “Azərbaycanca-gürcücə lüğət” kitabının ilk cildinin nəşri başlayıb. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, lüğətin “siqnal” nüsxəsi çapdan çıxıb. Kitabın müəlliflərindən biri olan pedaqoji elmlər doktoru, professor Novruz Bayramov bildirib ki, lüğətin birinci cildi 545 səhifədir. İkicildli lüğət 2 min tirajla buraxılacaq. Gürcülər və azərbaycanlılar, eyni zamanda Azərbaycandilli məktəblərdə təhsil alan şagirdlər və ali məktəb tələbələri bu kitabdan dil öyrənməkdə yardımçı vəsait kimi istifadə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR