Bank Of Baku

İsrail parlamentinin bakılı deputatı yeni parlament seçkilərində iştirak etməyəcək

İsrail parlamentinin bakılı deputatı yeni parlament seçkilərində iştirak etməyəcək
# 23 dekabr 2008 14:09 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İsrail Knessetinin deputatı, keçmiş bakılı, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal növbəti parlament seçkilərində iştirak etməyəcək. APA-nın məlumatına görə, onun adı üzvü olduğu “İsrail-bizim evimiz” Partiyasının namizədlər siyahısına salınmayıb. İ. Şaqal bildirib ki, parlament diplomatiyası ona tam uyğun deyil: “Mən siyasətdə müəyyən təcrübə topladım, çoxlu yeni şeylər öyrəndim, müəyyən şeylərə nail oldum və artıq irəli getməyin vaxtı çatıb”. Deputat gələcək karyerası ilə bağlı müəyyən planları olduğunu söyləyib.

Qeyd edək ki, İ. Şaqal 2006-cı ildə Knessetə üzv seçilib. O, İsrail-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə töhfə verib, Knessetdə saxta “erməni soyqırımı” məsələsinin müzakirəsinə qarşı çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR