Bank Of Baku

İosif Şaqal: “Mənim Knessetdə olmamağım Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir etməyəcək”

İosif Şaqal: “Mənim Knessetdə olmamağım Azərbaycan-İsrail münasibətlərinə mənfi təsir etməyəcək”
# 23 dekabr 2008 15:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Mənim Knessetdə olmamağım Azərbaycan-İsrail münasibətlərinin inkişafına mənfi təsir göstərməyəcək”. Bunu APA-ya açıqlamasında İsrail Knessetinin (parlament) üzvü, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının prezidenti İosif Şaqal deyib. O bildirib ki, parlament üzvü olaraq bütün vaxtını qanunvericilik fəaliyyətinə həsr edirdi, deputatlıq missiyası başa çatdıqdan sonra isə tamamilə özünü İsrail-Azərbaycan münasibətlərinin inkişafına həsr edəcək. İ. Şaqal seçkilərin keçiriləcəyi vaxta - 2009-cu il fevralın 10-na qədər parlamentdə fəaliyyət göstərəcəyini, mart ayında isə yeni sahədə çalışacağını və Azərbaycan-İsrail münasibətlərini daim diqqət mərkəzində saxlayacağını söyləyib: “Mən “İsrail - bizim evimiz” Partiyasından çıxmamışam. Bu partiyanın sədri Aviqdor Liberman geosiyasi məsələləri yaxşı bilir və Azərbaycanın strateji əhəmiyyətini, bu ölkə ilə əlaqələrin möhkəmləndirilməsinin vacibliyini gözəl anlayır. Azərbaycanın maraqlarının qorunması, İsrail-Azərbaycan münasibətləri ilə bağlı iş daha da güclənəcək. Hazırkı parlamentdə bizim partiya 11 mandata sahibdir, yeni parlamentdə isə 15-dən artıq yer qazanacağımızı gözləyirik. Deməli, parlamentdə bizim partiyanın gücü və Azərbaycanla münasibətlərin dərinləşdirilməsinə çalışanların sayı artacaq”. Deputat Knessetdə uydurma “erməni soyqırımı” məsələsinin yenidən qaldırılması ehtimalına da toxunub: “Aviqdor Liberman bu mövzunun parlamentin gündəliyinə salınmaması məsələsində hər zaman məni dəstəkləyib. Ona görə də sizi əmin edirəm ki, heç nə dəyişməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR