Bank Of Baku

Valensiyada Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti yaradılıb

Valensiyada Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti yaradılıb
# 24 dekabr 2008 13:53 (UTC +04:00)
Bakı-APA. İspaniyanın Valensiya şəhərində “Elmira” Azərbaycan-İspan Qardaşlıq Cəmiyyəti adlı yeni diaspor təşkilatı yaradılıb. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, təşkilat Valensiya şəhərinin qubernatorluğu tərəfindən qeydə alınıb. Bu günlərdə yeni cəmiyyətin təqdimatı olub. Soydaşlarımız cəmiyyətin təqdimatı ilə birlikdə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Gününü də qeyd ediblər. Təşkilatın rəhbəri Gülnarə Xanbabayevadır. Cəmiyyətin məqsədi Azərbaycanı İspaniyada tanıtmaq, İspan və Azərbaycan xalqları arasında əlaqələri möhkəmləndirmək, eyni zamanda bu şəhərdəki soydaşlarımızın İspaniya ilə daha yaxından tanışlığını təmin etməkdir. Yeni diaspor qurumunun nəzdində bədii özfəaliyyət dərnəkləri açılacaq, mədəniyyət, idman və digər mövzularla tədbirlər təşkil olunacaq.
Gələcəkdə Azərbaycan və İspan dili kurslarının açılması, həmçinin Azərbaycan tarixi və mədəniyyətinin təbliği ilə bağlı seminarların keçirilməsi də nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR