Bank Of Baku

Moldovada Müslüm Maqomayevin xatirə gecəsi keçirilib

Moldovada Müslüm Maqomayevin xatirə gecəsi keçirilib
# 25 dekabr 2008 08:58 (UTC +04:00)
Kişinyov – APA. Dekabrın 23-də Kişinyov şəhərində, Sergey Lunkeviç adına Moldova Milli Filarmoniyasının böyük zalında Müslüm Maqomayevin xatirə gecəsi keçirilib. Moldova Azərbaycanlıları Konqresindən APA-ya verilən məlumata görə, konqreslə Azərbaycanın Moldovadakı səfirliyinin birgə təşkil etdiyi gecədə mərhum sənətkarın repertuarından romanslar və mahnılar oxunub. Moldovanın tanınmış incəsənət xadimləri, SSRİ xalq artisti Mixail Muntean, Moldovanın əməkdar artistləri və Milli Filarmoniyanın solistləri Anatol Arça, Sergey Varsan, Liliana Marin, Vitali Maçunski, “Conçertino” qrupu, Moldovanın xalq artisti Konstantin Moskoviç və digər sənətçilərin çıxış etdiyi tədbirdə M. Maqomayevin həyat və yaradıcılığı haqqında danışılıb, onun həyat yolunu əks etdirən qısametrajlı film və rəsmlər nümayiş etdirilib. Böyük marağa səbəb olan tədbirə Moldovanın dövlət və hökumət rəsmiləri, diplomatik korpus və kütləvi informasiya vasitələrinin nümayəndələri və Müslüm Maqomayev sənətinin pərəstişkarları qatılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR