Bank Of Baku

Haaqada iki azərbaycanlı uşaq məhkəmə qərarı ilə lesbiyan ailənin himayəsinə verilib

Haaqada iki azərbaycanlı uşaq məhkəmə qərarı ilə lesbiyan ailənin himayəsinə verilib
# 26 dekabr 2008 16:44 (UTC +04:00)
APA-nın “Cihan” agentliyinə istinadən yaydığı məlumata görə, Haaqa fəaliyyət göstərən Azərbaycan Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın bu gün qurumun ofisində keçirdiyi mətbuat konfransında türk və azərbaycanlı icmasının etirazlarını media vasitəsilə Hollandiya ictimaiyyətinə çatdırıb. İlhan Aşkın azərbaycanlı ailənin iki övladının məhkəmə qərarı ilə lesbiyan ailənin himayəsinə verilməsini düşünülməmiş addım adlandırıb: “Baş verənlər hamımızın narahatlığına səbəb olub. Eyni hadisənin sabah başqa bir türk ailənin başına gəlməyəcəyinə heç kəs qarantiya verə bilməz. Biz istər imza toplama kampaniyası, istərsə də yürüş keçirərək bu qərara etirazımızı bildirəcəyik. Çünki məhkəmənin bu qərarı mədəniyyət və ənənələrimizə ziddir. Hollandiyada fəaliyyət göstərən Türk və azərbaycanlı icmaları bu yanlış qərarın dəyişdirilməsi üçün atılacaq addımları birlikdə müzakirə edəcək. Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğana bu hadisəyə reaksiya verdiyinə görə dərnəyimiz adından təşəkkür edirik. Bundan başqa apardığımız araşdırmalar nəticəsində ailənin uşağının döyülərək deyil, pilləkəndən yıxılaraq öldüyü müəyyənləşib. Bunu təsdiqləyəcək şahidlərimiz də var”.
Qeyd edək ki, Haaqada yaşayan Azəroğlu soyadlı azərbaycanlı ailənin 10 illik fasilədən sonra müalicə yolu ilə Arif (10), Xəlil (7) və Yunus (4) adlı üç uşağı olub. 2004-cü ildə bədbəxt hadisə nəticəsində ana üçüncü övladını əlindən salıb və bu ehtiyatsızlıq uşağın ölümü ilə nəticələnib. Uşağın işgəncə verilərək öldürüldüyünü iddia edən Hollandiya hakimiyyət orqanları ata və ananı valideyn hüququndan məhrum edərək uşaqları məhkəmə qərarı ilə lesbiyan ailəsinin himayəsinə verib. Azəroğlu ailəsi məhkəməyə müraciət edərək valideynlik hüququnu bərpa edib və uşaqları geri alıb. Hazırda hər iki uşaq müalicə almaq üçün Türkiyəyə göndərilib. Ailə məhkəmə qərarı ilə uşaqların yenidən əllərindən alınacağından ehtiyatlanır.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR