Bank Of Baku

Gürcüstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib

Gürcüstanda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib
# 27 dekabr 2008 18:39 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Marneuli şəhərində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib. APA-nın yerli bürosunun xəbərinə görə, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov tədbiri açıq elan edib. Daha sonra “Ayrılarmı könül candan" sənədli filmi nümayiş etdirilib.

Tədbirdə Marneuli rayonunun icra başçısı Zaza Dekonoidze, Gürcüstan-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gürcüstan prezidentinin müşaviri Mübariz Qarayev, millət vəkili Dünyamin Xəlilov, Diaspora Komitəsinin əməkdaşı Füzuli Nəcəfov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov çıxış ediblər.

Tədbirdə təhsildə fərqlənən 10 ən yaxşı şagirdə Qənirə Paşayeva mükafatlar təqdim edib. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi üzürlü şəxslər üçün müxtəlif vasitələr də təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR