Bank Of Baku

San-Fransiskoda Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib

San-Fransiskoda Dünya Azərbaycanlıların Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib
# 29 dekabr 2008 15:41 (UTC +04:00)
San-Fransisko. Hüsniyyə Həsənova-APA. San-Fransiskoda Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzi və Amerika Azərbaycan Şurası tərəfindən Dünya Azərbaycanlıların Həmrəyliyi Günü keçirilib. APA-nın ABŞ bürosunun məlumatına görə, tədbirdə Kaliforniyadakı Azərbaycan icmasının nümayəndələri çıxışlar ediblər. Tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun konsulu Elman Abdullayev, Azərbaycan Amerika Şurasının prezidenti Cavid Hüseynov və doktor Əlirza Nəzmi çıxış ediblər. Baş Konsulluğun nümayəndəsi öz çıxışında həm Azərbaycanda, həm onun hüdudlarından kənarda yaşayan azərbaycanlılar üçün əziz olan bu bayram münasibətilə tədbirə toplaşmış soydaşlarımızı Azərbaycan hökuməti adından təbrik edib və baş konsul Elin Süleymanov adından təbrik məktubunu Azərbaycan icmasının fəallarına təqdim edib. Cavid Hüseynov öz çıxışı zamanı Azərbaycan icmasının fəaliyyətinə xeyli inkişafın müşahidə edildiyini bildirib və 2009-cu ildə nəzərdə tutulan tədbirlərin təşkilinə soydaşlarımızın daha fəal şəkildə qatılmasına ümidvar olduğunu vurğulayıb. Doktor Nəzmi diaspora quruculuğunda Azərbaycan ədəbiyyatının və ümumiyyətlə onun mədəniyyətinin rolundan bəhs edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR