Bank Of Baku

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri və bəzi diaspor təşkilatlarının rəhbərləri Heydər Əliyevin məzarını ziyarət ediblər

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri və bəzi diaspor təşkilatlarının rəhbərləri Heydər Əliyevin məzarını ziyarət ediblər
# 30 dekabr 2008 09:08 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov və xarici ölkələrdə fəaliyyət göstərən bəzi diaspor təşkilatlarının rəhbərləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Heydər Əliyevin məzarını ziyarət ediblər. APA-nın məlumatına görə, N. İbrahimov jurnalistlərə açıqlamasında bildirib ki, Yeni il bayramı ilə üst-üstə düşməsinə baxmayaraq, Dünya Azərbaycanlılarının Həmrəylik Günü daha üstün bayram kimi qarşılanır: “Azərbaycan diasporu üçün hər keçən il müvəffəqiyyət sayıla bilər. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrdə fəaliyyət göstərməyə, ictimai-siyasi həyatda fəal iştirak etməyə başlayıblar. Onlar müxtəlif seçkili orqanlarda təmsil olunarlar. Ölkə prezidentinin bu sahəyə olan xüsusi qayğısı diaspora işinin çox yüksək keyfiyyət dərəcəsinə çatdırıb”. N. İbrahimov artıq Azərbaycan diasporasının keçirdiyi tədbirlərin dünya tərəfindən böyük maraqla qarşılandığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR