Bank Of Baku

Nazim İbrahimov: “Azərbaycan diasporu artıq müdafiədən hücuma keçib”

Nazim İbrahimov: “Azərbaycan diasporu artıq müdafiədən hücuma keçib”
# 30 dekabr 2008 09:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan diasporu artıq informasiya, ideologiya sahəsində müdafiədən hücuma keçib. İndi ermənilərin bizə qarşı etdiklərinin qarşısını almaqla kifayətlənmirik, həm də dünyada özümüzü tanıtmaqla məşğuluq və nə qədər haqlı olduğumuzu təbliğ edirik”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, artıq aparılan işin nəticələri də görünür: “Bütün beynəlxalq institutlarda Ermənistanın təcavüzkar, Dağlıq Qarabağın isə Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiq edirlər. Bu, bizim informasiya müharibəsində qələbəmizin göstəricisidir. Azərbaycan torpaqlarının işğal olunmasına baxmayaraq, dünənə qədər Azərbaycanı Ermənistanı blokadaya alan ölkə kimi tanıyırdılar. Bu gün isə işğalçının və əziyyət çəkənin kim olduğunu görürlər”.

N. İbrahimov Azərbaycan diasporunun zəif olması ilə bağlı fikirlərlə razılaşmadığını söyləyib: “Başqa xalqların diasporları yüz il əvvəldən bu prosesə başlayıblar, biz isə cəmi 15 ildir bu işlə məşğuluq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR