Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatları Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüblər

Azərbaycan Milli Məclisinin deputatları Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüblər
# 06 yanvar 2009 07:05 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Azərbaycan Milli Məclisinin deputatları Gültəkin Hacıbəyli, Musa Quliyev, Lalə Abbasova, Nəsib Nəsibli, “Ayna”- ”Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı, tarixçi alim Xaləddin İbrahimli Gürcüstanda yaşayan azərbaycanlılarla görüşüblər. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Azərbaycandan gələn qonaqlar ilk öncə Heydər Əliyevin büstünü ziyarət ediblər. Daha sonra nümayəndə heyəti Gürcüstan rəsmi şəxslərinin iştirakı ilə Marneuli şəhərində Qardabani, Bolnisi, Dmanisi və digər bölgələrdən gələn azərbaycanlılarla görüşüblər. Rayon Mədəniyyət evində “Milli azlıqların hüquqları: Beynəlxalq aktlar və Gürcüstan qanunvericiliyi” adlı Azərbaycan dilində çapdan nəşr olunan kitabın təqdimat mərasimi keçirilib. G. Hacıbəyli təqdimat mərasimində çıxışında bildirib ki, kitab iki min nüsxə tirajla buraxılıb və burada yaşayan azərbaycanlılara paylanılacaq.
G. Hacıbəyli APA-nın əməkdaşına deyib ki, Azərbaycandan gələn nümayəndə heyəti bu gün iki qrupa bölünərək yerlərdə olacaq, azərbaycanlıların problemləri, aparılan təhsil islahatları ilə tanış olacaqlar: “Biz bu problemlərin həllində soydaşlarımıza maarifləndirmə istiqamətində kömək edə bilərik. Problemlər var, bizim vəzifəmiz isə onları öyrənib, araşdırıb Gürcüstan dövlətinə çatdırmaqdır”.
Qeyd edək ki, tədbirlərdə Gürcüstan prezidentinin müşavirləri –Mübariz Qarayev, Tamara Kintsuraşvili, Gürcüstan parlamentinin deputatları İrakli Kavtaradze, Georgi İmnadze, Ramin Bayramov və rayon rəhbərliyi iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR