Bank Of Baku

Azərbaycan Milli Məclisinin deputatları Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüblər

Azərbaycan Milli Məclisinin deputatları Kvemo-Kartli bölgəsinin qubernatoru ilə görüşüblər
# 07 yanvar 2009 07:18 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Gürcüstanda səfərdə olan Azərbaycan Milli Məclisinin bir qrup deputatı azərbaycanlıların kompakt yaşadıqları Bolnisi rayonunun Qoçulu, Arxlı, Kəpənəkçi kəndlərində orta məktəb müəllimləri və kənd sakinləri ilə görüşüblər. APA-nın yerli bürosunun xəbərinə görə, görüşlərdə kəndlərdə fəaliyyət göstərən məktəblərdə yaranmış müasir durum, qədim kənd adlarının gürcü adları ilə əvəz edilməsi və s. mövzular müzakirə edilib.
İki gün ərzində borçalıların problemlərini öyrənən Azərbaycan parlamentinin deputatları Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze ilə də görüşüblər. Gürcüstanda səfərdə olan deputat Gültəkin Hacıbəyli APA-nın əməkdaşına bildirib ki, qubernatorla görüşdə təhsil problemləri, Azərbaycan dilini bilməyən şəxslərin Azərbaycan dilli məktəblərə direktor təyinatı, soydaşlarımız yaşayan yerlərdə torpaq islahatının vaxtilə ədalətsiz şəkildə həyata keçirilməsi və bir çox vacib məsələlər xüsusi ilə qeyd olunub.
Onun sözlərinə görə, gürcü tərəfi yol verilən nöqsanları etiraf edib.
Görüşdə qeyd olunub ki, təkcə Bolnisi rayonunda bu il 20 yeni kənd məktəbinin tikilməsi, əsaslı şəkildə təmir olunması nəzərdə tutulub.
Kvemo-Kartli bölgəsinin qubernatorunun köməkçisi İmran Eyvazov APA-ya bildirib ki, azərbaycanlıların illərlə yığılıb qalmış problemləri tez bir zamanda həll ediləcək.
Qeyd edək ki, Azərbaycan Milli Məclisinin deputatları - Gültəkin Hacıbəyli, Musa Quliyev, Lalə Abbasova, Nəsib Nəsibli Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə tanış olmaq məqsədi ilə bu ölkəyə səfər ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR