Bank Of Baku

Fransada Türkologiya və İran İnstitutuna rəhbərlik edən azərbaycanlı qadın vəfat edib - FOTO

Fransada Türkologiya və İran İnstitutuna rəhbərlik edən azərbaycanlı qadın vəfat edib - <font color=red>FOTO </font>
# 09 yanvar 2009 07:53 (UTC +04:00)
Bakı-APA. Fransada yaşayan, əslən azərbaycanlı olan tanınmış alim İrene Melikoff 91 yaşında vəfat edib. Bu barədə APA-ya Diaspora ilə İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, İrene xanım vəfatınadək bir ay Strasburq xəstəxanasında müalicə olunub.
İrene Melikoff 1917-ci ildə Sankt-Peterburqda anadan olub, Sarbonna Universitetinin ədəbiyyat fakültəsini bitirib şərq dilləri üzrə mütəxəssis olub. O, Strasburq Uniersitetində Türkologiya və İran İnstitutuna rəhbərlik edib, TURCICA dərgisinin yaradıcılarından biri olub, Türkoloji İnkişaf Dərnəyinin sədri və digər vəzifələrdə çalışıb. Bir çox beynəlxalq konfranslara qatılan İrene Melikoffun “Umur Paşa Destanı”, “Melik Danişmend”, “Ebu Müslim Horasani”, “Türk Sufizminin İzinde”, “Uyur İdik Uyardılar”, “Efsaneden Gerçeğe Hacı Bektaş ve Kırklar Sofrası” adlı kitabları dərc olunub. İ. Melikoff fəaliyyətinə görə 10 ali mükafat, həmçinin Bakı Dövlət Universitetinin də fəxri doktoru adını alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR