Bank Of Baku

“Qeyrət” Hərəkatının rəhbərliyi: “Borçalı faktoru aradan qalxsa, Azərbaycana böyük zərbə dəyəcək”

“Qeyrət” Hərəkatının rəhbərliyi: “Borçalı faktoru aradan qalxsa, Azərbaycana böyük zərbə dəyəcək”
# 15 yanvar 2009 13:47 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Gürcüstanda yaşayan azərbaycanlıların “Qeyrət” Xalq Hərəkatının rəhbərliyi Bakıda Borçalının problemləri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, hərəkatın sədri Əlibala Əsgərov bildirib ki, Gürcüstanla Rusiya arasında baş verən avqust müharibəsindən sonra Borçalıda yaşayan azərbaycanlıların vəziyyəti daha da pisləşib. O, Gürcüstanda qəbul olunan “Təhsil haqqında” qanunda yalnız gürcü dilində təhsilin nəzərdə tutulduğunu deyib: “Biz məcburi olaraq gürcü dilində təhsil almaqla razılaşmırıq. Artıq Azərbaycan məktəblərinə gürcü müəllimlər təhkim olunur. Müəllimlər şagirdlərin, şagirdlər isə müəllimlərin dilini bilmirlər”. Ə. Əsgərov Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ilə görüşərək problemin həllində yardım istədiklərini söyləyib.

Hərəkatın İdarə Heyətinin üzvü Zümrüd Qurbanov isə azərbaycanlıların heç vaxt osetinlər, abxazlar kimi separatçı mövqe tutmadıqlarını, amma Gürcüstan hakimiyyətinin azərbaycanlılara qarşı haqsızlıq etdiyini vurğulayıb: “On minlərlə gənc Borçalını tərk edib. Əgər buradakı insanların hamısı köç etsə və Borçalı faktoru aradan qalxsa, bundan daha çox Azərbaycan zərər çəkəcək”. O, Azərbaycan hökumətini borçalılara daha çox dəstək verməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR