Bank Of Baku

Almaniyada yeni Azərbaycan diaspor təşkilatı təsis edilib

Almaniyada yeni Azərbaycan diaspor təşkilatı təsis edilib
# 16 yanvar 2009 11:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Almaniyada yeni diaspor təşkilatı - “Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi” təsis edilib. Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, təşkilat yanvarın 12-də qeydiyyatdan keçib. Birliyin yaranmasında məqsəd Almaniyada yaşayan və təhsil alan azərbaycanlı gəncləri birləşdirmək, onlar arasında dostluq əlaqələri qurmaq və birgə layihələr həyata keçirməkdir. Yeni qurum Almaniyada, əsasən da bu ölkənin universitetlərində Azərbaycan gecələri, müxtəlif elmi konfranslar və digər tədbirlər vasitəsilə Azərbaycanı, onun tarixini, adət-ənənələrini, mədəniyyətini və ən böyük problemi olan Qarabağ həqiqətlərini yerli ictimaiyyətə çatdırmağı nəzərdə tutub. Birliyin bir neçə şəhərdə bölmələri fəaliyyət göstərir. Təşkilatın sədri Frayburq Texniki Universitetində təhsil alan Samir Abbasovdur.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR