Bank Of Baku

Sadaxlıda sərhədyanı bazarın açılması tələbi ilə aksiya keçirilib

Sadaxlıda sərhədyanı bazarın açılması tələbi ilə aksiya keçirilib
# 16 yanvar 2009 16:25 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində kütləvi aksiya keçirilib. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, Tiflis şəhərində fəaliyyət göstərən “Gənc hüquqşünaslar” Assosiasiyasının təşəbbüsü ilə keçirilən aksiyada kəndin 300 sakini iştirak edib. Assosiasiyanın vəkili Emin Ocagverdiyev bildirib ki, sakinlər Ermənistanla sərhəddə əvvəllər fəaliyyət göstərən bazarın açılmasını istəyirlər: “Artıq 14 ildir ki, sərhədyanı bazar bağlanıb. Sadaxlı sakinləri bazarın açılması xahişi ilə dəfələrlə ölkə prezidentinə müraciətlər ediblər. Lakin nəticəsi olmayıb. Bazarın açılması 5 min sakinin işlə təmin olunması deməkdir”.

Sadaxlı kənd icra nümayəndəsi Əflatun Vəliyev isə deyib ki, iş yerləri olmadığından bir çox kənd sakini yaşayış yerlərini tərk edərək Bakıya yollanmağa məcbur olur: “Kəndimizin 12 min əhalisindən 5 mini işsizdir. Sadaxlıda yeganə iş yeri məktəblər və kənd icra nümayəndəliyidir. Gənclərimizin gələcəyi barədə isə danışmağa dəyməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR