Bank Of Baku

“SOCAR-Georgia” Dmanisidə yanacaqdoldurma məntəqəsi açıb

“SOCAR-Georgia” Dmanisidə yanacaqdoldurma məntəqəsi açıb
# 19 yanvar 2009 15:41 (UTC +04:00)
Dmanisi. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın Dmanisi şəhərində “SOCAR-Georgia” neft şirkətinin yanacaqdoldurma məntəqəsinin açılışı olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, açılış mərasimində şirkətin rəhbəri Mahir Məmmədov, Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun sədri Qənirə Paşayeva, Kvemo-Kartli bölgə qubernatorunun müavini Hümbət Babayev də iştirak ediblər. M. Məmmədov bildirib ki, yanacaqdoldurma məntəqəsində 16 nəfər çalışacaq: “Sevindirici haldır ki, personal azərbaycanlı gənclərdir. Bu işçiləri tədris mərkəzimizdə bütün standartlara uyğun mütəxəssis kimi yetişdirmişik. Mən bu obyekti kommersiya xarakterli saymıram. Bu, Dmanisidə həyata keçirilən sosial layihədir. Burada gəlir güdməkdən söhbət gedə bilməz. İşsizliyi aradan qaldırmaq, gənclərimizi yeni iş yerləri ilə təmin etmək üçün belə obyektlərin sayını artırmağa çalışacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR