Bank Of Baku

Gürcüstanda 20 Yanvar hadisələrinə həsr olunan tədbirlər keçirilib

Gürcüstanda 20 Yanvar hadisələrinə həsr olunan tədbirlər keçirilib
# 19 yanvar 2009 16:28 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Tiflis şəhərində Gürcüstan Azərbaycanlıları Konqresinin ofisində 20 Yanvar faciəsinin ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Gürcüstanın müxtəlif bölgələrində və Tiflis şəhərində yaşayan gürcülər, azərbaycanlılar iştirak edib. Tədbir iştirakçıları 20 Yanvar hadisələrindən bəhs edən video materialı izləyiblər. Konqresin təklifi ilə iştirakçılar adından beynəlxalq təşkilatlara müraciət qəbul edilib. Müraciətdə 20 Yanvar hadisələrini törədənlərin beynəlxalq məhkəmə qarşısında cavab verməsi, baş verən hadisənin Azərbaycan xalqının soyqırımı kimi dəyərləndirilməsi tələb edilib. Konqres öz müraciətində bu cinayətə hüquqi qiymət verilməsini tələb edib.
Bu gün həmçinin Dmanisi rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Kompüter Tədrisi Mərkəzində 20 Yanvar hadisələrinin 19-cu il dönümü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Azərbaycanın millət vəkilləri Qənirə Paşayeva, Həvva Məmmədova, Gürcüstan Azərbaycanlılarının Mədəniyyət mərkəzinin sədri Fazil Həsənov, “SOCAR-Gorgia“ Neft Şirkətinin rəhbəri Mahir Məmmədov və digər rəsmi şəxslər çıxış ediblər.
Tədbirdə Dmanisi rayonunun Qəmərli kəndindən olan 7 yaşlı əlil uşağa əlil arabası, Hamamlı kəndindən olan yeniyetməyə eşitmə aparatı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR