Bank Of Baku

Oksford-Azərbaycan Cəmiyyət 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Mixail Qorbaçova açıq məktub göndərib

Oksford-Azərbaycan Cəmiyyət 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Mixail Qorbaçova açıq məktub göndərib
# 23 yanvar 2009 11:40 (UTC +04:00)
Bakı-APA. Oksford şəhərində Oksford-Azərbaycan Cəmiyyətinin üzvləri 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə əlaqədar aksiya keçiriblər. APA-nın məlumatına görə, şəhərin mərkəzində yığışan aksiya iştirakçılarına əcnəbi tələbələr və yerli ingilis əhalisi də qatılıb. Aksiyada yerli əhaliyə 20 Yanvar faciəsi haqqında məlumat verilib və 1000 ədəd broşur paylanıb. Broşurlarda 20 Yanvar haqqında məlumat və eləcə də Oksford-Azərbaycan Cəmiyyəti tərəfindən Mixail Qorbaçova göndərilən açıq məktubun məzmunu da olub. Bildirilib ki, Qorbaçova ünvanlanan məktub dünən Qorbaçov Fonduna göndərilib. Məktubda Qorbaçovun 1990-cı ildə verdiyi qərarın nəticəsində xəsarət alan insanlar haqqında məlumat verilib, həmin qərarın yanlış olduğu qeyd olunub.
Aksiyada “Amnesty İnternational” təşkilatının nümayəndəsi də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR