Bank Of Baku

Kvemo-Kartli qubernatoru David Kirkitadze Marneuli məscidində gənclərlə görüşüb

Kvemo-Kartli qubernatoru David Kirkitadze Marneuli məscidində gənclərlə görüşüb
# 23 yanvar 2009 13:14 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze Marneuli şəhərindəki “İmam Əli” məscidində olub. APA-nın Gürcüstan bürosunun xəbərinə görə, məsciddə günorta namazı qılan gənclərlə görüşən və onların problemləri ilə maraqlanan qubernator bu problemləri həll edəcəyinə söz verib. O, vaxtilə Gürcüstan çarı Qurucu Davidin də islam dininə xüsusi rəğbət bəslədiyini və məscidlərdə müsəlmanlarla görüşdüyünü xatırladıb. D. Kirkitadze magistral yoldan məscidə qədər uzanan yolun asfaltlaşdırılacağını və işıqlandırılacağını, gənclərin istirahəti üçün yeni layihələr həyata keçiriləcəyini deyib. Marneulidə fəaliyyət göstərən “İmam Rza” mədrəsəsinin müdiri Hacı Əziz Nəbiyev qubernatora gürcü dilinə tərcümə olunmuş “Quran” hədiyyə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR