Bank Of Baku

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşları Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan kəndlərində olublar

Diaspor ilə İş üzrə Dövlət Komitəsinin əməkdaşları Gürcüstanın Marneuli rayonunun azərbaycanlılar yaşayan kəndlərində olublar
# 26 yanvar 2009 07:34 (UTC +04:00)
Bakı-APA. Diaspor ilə İş üzrə Dövlət Komitəsinin Gürcüstanda ezamiyyətdə olan əməkdaşları Marneuli rayonunun Xuldərə, Sadaxlı, Burma və Burma Təzəkənd kəndlərində yerli sakinlərlə görüşüblər. Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə bu kəndlərdə yaşayan soydaşlarımızın qarşılaşdığı problemlər müzakirə olunub. Kənd sakinləri bildiriblər ki, onların qarşılaşdığı əsas problemlər kəndlərin təbii qazla təminatının olmaması, həmçinin suvarma sistemlərinin bərbad vəziyyətə düşməsidir. Qeyd olunub ki, Sadaxlı bazarının bağlanmasından sonra adları çəkilən kəndlərin sakinlərinin sosial durumu ağırlaşıb. Kənd sakinləri Dövlət Komitəsinin əməkdaşlarından bu problemin həlli üçün bazarın fəaliyyətinin bərpa olunması istiqamətində zəruri tədbirlərin görülməsini xahiş ediblər.
Diaspor ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Gürcüstandakı Azərbaycan məktəblərində gürcü dili kurslarının açılmasını təqdir edən kənd sakinləri bu prosesin dava etdirilməsini və digər məktəblərdə də bu cür kursların açılmasını təklif ediblər.
Qeyd edək ki, qonşu respublikaya ezamiyyət çərçivəsində Dövlət Komitəsinin əməkdaşları Gürcüstanın azərbaycanlılar yaşayan digər bölgələrinə də baş çəkəcək, yerli əhali ilə görüşlər keçirəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR