Bank Of Baku

DAK həmsədri Sabir Rüstəmxanlı Rusiyada səfərdədir

DAK həmsədri Sabir Rüstəmxanlı Rusiyada səfərdədir
# 26 yanvar 2009 12:23 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı Rusiyada səfərdədir. DAK mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd konqresin Rusiya nümayəndəliyinin, həmçinin Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının işinin daha da gücləndirilməsidir. Yanvarın 24-də DAK-ın Rusiya nümayəndəliyində qurum təmsilçilərinin, azərbaycanlı ziyalıların, tələbə və iş adamlarının iştirakı ilə tədbir keçirilib. Tədbirdə Rusiyada yaşayan azərbaycanlıların üzləşdiyi problemlər, bu problemlərdən çıxış yolları, diaspora fəaliyyətinin inkişafı və qarşıda duran vəzifələrlə bağlı fikir mübadiləsi aparılıb. Rusiyada DAK-ın fəaliyyətinin gücləndirilməsi məqsədilə ümumi proqram qəbul edilib.

DAK mətbuat xidmətindən verilən digər məlumata görə, yanvarın 29-da DAK həmsədrləri Sabir Rüstəmxanlı, Firudin Pərvizniya və qurumun Daimi Şurasının sədri Əjdər Tağızadə Avstraliyaya yollanacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR